Banqladeşdə cinsi istismar etirazında 3 nəfər öldü


Banqladeşin Xagraçhari bölgəsində bir qız şagirdin cinsi istismara məruz qalmasını etirazla qınamaq üçün keçirilən aksiyada toqquşma baş verib. Hadisə zamanı 3 nəfər həyatını itirib, onlarla insan isə yaralanıb.

Dhaka Tribune qəzetinin xəbərinə görə, yerli qəbilə icmasına mənsub bir qız şagirdin cinsi istismara məruz qaldığı iddiaları ölkədə zorakılıq hadisələrinin başlamasına səbəb olub.

Rəsmilər bildiriblər ki, bölgədə hadisəni etirazla pisləmək üçün təşkil olunan aksiyada yerli qəbilə icması ilə təhlükəsizlik qüvvələri arasında gərginlik yaşanıb.

Qısa müddətdə böyüyən gərginliyin toqquşmaya çevrilməsi nəticəsində 3 nəfərin öldüyü, onlarla insanın isə yaralandığı qeyd olunub. Rəsmilərin sözlərinə görə, hadisələr zamanı etirazçılarla benqallılar arasında da qarşılıqlı hücumlar baş verib, bölgədə çoxsaylı ev və mağazalar yandırılıb.

Hadisələrdən sonra bölgədə geniş təhlükəsizlik tədbirləri görülüb, toplantı və yürüşlər qadağan edilib.

Xatırladaq ki, Banqladeşin Xagraçhari bölgəsində yerli qəbilə icmasından olan 8-ci sinif şagirdi bir qızın 23 sentyabrda xüsusi dərsdən qayıdarkən cinsi istismara məruz qaldığı bildirilmiş, hadisə ilə bağlı benqallı bir nəfər şübhəli şəxs qismində saxlanılmışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu