Beynəlxalq Kosmik Stansiya 2030-cu ildə məhv ediləcək


NASA Beynəlxalq Kosmik Stansiyanın (BKS) 2030-cu ildə idarəli şəkildə Yer atmosferinə yönləndirilərək Sakit okeanın uzaq bölgəsinə salınacağını açıqlayıb.

1998-ci ildə ilk modulları orbitə çıxarılan və 2000-ci ildən bəri fasiləsiz istifadə olunan stansiya bəşəriyyətin ən böyük elmi əməkdaşlıqlarından biri kimi tarixə düşüb.

25 illik elmi baza

BKS bu günə qədər 4 mindən çox təcrübəyə ev sahibliyi edib. Xərçəng dərmanlarının kristallaşdırılmasından süni retina hazırlanmasına, DNT ardıcıllığının müəyyən edilməsindən optik lif istehsalına qədər bir çox sahədə inqilabi kəşflərə imkan yaradıb. 26 ölkədən təxminən 300 astronavt stansiyada fəaliyyət göstərib.

Kommersiya dövrü başlayır

Stansiya fəaliyyətini dayandırdıqdan sonra NASA və beynəlxalq tərəfdaşları alçaq Yer orbitindən çəkilməyəcək. Agentlik özəl sektorun kommersiya kosmik stansiyaları inkişaf etdirməsi üçün 400 milyon dollardan çox sərmayə yatırıb. Bu çərçivədə SpaceX, Boeing, Axiom Space, Blue OriginStarlab kimi şirkətlər yeni nəsil modullar üzərində işləyir.

Məqsəd BKS istismardan çıxmadan əvvəl 4 nəfərlik heyətlərin ən azı 30 gün qala biləcəyi xüsusi stansiyaları sınaqdan keçirməkdir. Bundan sonra NASA bu stansiyalardan xidmət satın alacaq — eynən hazırda yük və astronavt daşımalarında olduğu kimi.

Çinin Tiangong stansiyası ön plana çıxır

BKS bağlandıqda Çinin Tiangong kosmik stansiyası aktiv fəaliyyətini davam etdirəcək. 2021-ci ildən etibarən daimi insanlı missiyaların həyata keçirildiyi Tiangong həmin tarixdən sonra dünyanın ən uzunmüddətli insanlı stansiyası olacaq.

Sonuna yaxınlaşan bir dövrün simvolu

2030-cu ilə qədər BKS orbitdə qalmağa davam edəcək. O vaxta qədər göy üzündə ən parlaq obyektlərdən biri kimi müşahidə edilə biləcək stansiya bəşər tarixində ortaq düşüncə və əməkdaşlığın ən mühüm simvollarından biri kimi anılacaq.

NASA-nın məqsədi BKS-in mirasını kommersiya stansiyaları ilə davam etdirmək və Ay və Mars missiyaları üçün kritik təcrübələri bu yeni platformalara daşımaqdır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu