Tokio: Yaponiyanın Fələstini tanıması zaman məsələsidir


Yaponiyanın Fələstinin dövlətçiliyini tanıması yalnız zaman məsələsidir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiya xarici işlər naziri Takesi İvaya beynəlxalq yüksək səviyyəli konfransda bildirib.

Nazir çıxışında vurğulayıb: “Bizim üçün Fələstini tanımaq sualı ‘əgər’ deyil, ‘nə zaman’ sualıdır”. O, əlavə edib ki, Yaponiya hər zaman iki xalq üçün iki dövlət konsepsiyasının həyata keçirilməsinin ardıcıl tərəfdarı olub.

Takesi İvaya İsrailin Qəzza sektorunda həyata keçirdiyi “tək tərəfli hərəkətləri” tənqid edib və eyni zamanda Fələstin radikal hərəkatı HƏMAS-ı bütün girovları dərhal azad etməyə çağırıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu