İndoneziya prezidenti: İsrail Fələstini tanıdıqdan sonra...
İndoneziya, İsrail Fələstinin dövlətçiliyini tanıdıqdan dərhal sonra İsraili tanıyacaq.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İndoneziya Prezidenti Prabowo Subiyanto beynəlxalq yüksək səviyyəli konfransda bildirib.
Subiyanto çıxışında deyib: “İsrail Fələstinin müstəqilliyini və dövlət statusunu tanıdığı an, İndoneziya dərhal İsrail dövlətini tanıyacaq”. O, həmçinin vurğulayıb ki, İndoneziya tərəfi İsrail üçün bütün təhlükəsizlik zəmanətlərini dəstəkləyəcək.
Subiyanto qeyd edib ki, Fələstinin tanınması tarixin düzgün tərəfində atılmış doğru bir addımdır.

