İbu vulkanı üçün xəbərdarlıq səviyyəsi maksimuma qaldırıldı
İndoneziyanın Şimali Maluku əyalətindəki İbu vulkanında baş verən silsilə püskürmələrdən sonra xəbərdarlıq səviyyəsi ən yüksək səviyyəyə qaldırılıb.
İndoneziya Geologiya İdarəsinin rəsmilərindən Məhəmməd Vafid ötən həftədən bəri partlayışların yaşandığı İbu vulkanı ilə bağlı açıqlama verib.
Vafid əyalətdəki Halmahera adasındakı vulkanın vulkanik fəaliyyətlərinin araşdırılması nəticəsində xəbərdarlıq səviyyəsinin ən yüksək səviyyə olan 3-dən 4-ə yüksəldildiyini bildirib.
Səlahiyyətlilər yerli əhaliyə və turistlərə 1325 metr yüksəklikdəki İbu vulkanının 7 kilometrliyində heç bir fəaliyyətlə məşğul olmamaq barədə xəbərdarlıq edib.