İndoneziyada İbu vulkanında püskürmə baş verib
![](/uploads/posts/2024-05/vulkan.jpg)
İndoneziyanın Şimali Maluku əyalətində İbu vulkanının püskürməsi nəticəsində ətraf ərazilərdə kül buludları əmələ gəlib.
Antara News-un məlumatına görə, Şimali Maluku əyalətindəki Halmahera adasındakı İbu vulkanı yerli vaxtla saat 09.12-də püskürüb.
Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) püskürmə zamanı 1325 metr yüksəklikdəki İbu vulkanının püskürdüyü vulkanik külün zirvədən təxminən 5 kilometr hündürlüyə çatdığını və partlayışın 5 dəqiqə 6 saniyə davam etdiyini qeyd edib.
Bölgəyə təsir edən külün təsirini azaltmaq üçün açıq havada insanlara maska və eynək taxmağı tövsiyə edən PVMBG, vulkanın ətrafında yaşayanlara dağa 3 kilometrdən çox yaxınlaşmamaları barədə xəbərdarlıq edib.
Xatırladaq ki, İbu vulkanının aktivlik səviyyəsi mayın 8-dən etibarən 3-cü dərəcəli xəbərdarlıq səviyyəsindədir.
Qeyd edək ki, "Sakit okean od halqası" zəlzələ və vulkan qurşağında olan İndoneziyada təxminən 130 aktiv vulkan var.