UNICEF: Dünyada artıq çəkili uşaqların sayı arıq uşaqları keçdi


UNICEF-in yeni hesabatına görə, dünyada ilk dəfə artıq çəkili (kök) uşaqların sayı arıq uşaqların sayını ötüb. 5–19 yaş arası təxminən 188 milyon uşaq artıq çəkilidir. Mütəxəssislər ənənəvi qidalanma vərdişlərinin yerini ucuz və emal olunmuş qidaların almasında böyük risk olduğunu vurğulayır.

Birləşmiş Millətlər Uşaq Fondu (UNICEF) uşaq sağlamlığı ilə bağlı diqqətçəkən rəqəmlər açıqlayıb. Dünyada ilk dəfə artıq çəkili uşaqların sayı arıq uşaqların sayını geridə qoyub.

Hesabata görə, 5–19 yaş qrupundakı uşaq və gənclərin təxminən 188 milyonu artıq çəkilidir. Bu da hər 10 uşaqdan birinə bərabərdir. Artıq çəkili hesab olunanların ümumi sayı isə 391 milyona çatıb. Yəni hər 5 uşaqdan biri çox kökdür.

Səbəblər: Ucuz və emal olunmuş qidalar
Mütəxəssislərə görə, piylənmənin əsas səbəbi ucuz və yüksək kalorili emal olunmuş qidaların geniş yayılmasıdır. Ənənəvi qidalanma vərdişlərinin yerini fast food və qablaşdırılmış yeməklər tutur. Bu isə uşaqlarda şəkərli diabet, ürək xəstəlikləri və xərçəng riskini artırır.

UNICEF-dən xəbərdarlıq
UNICEF-in baş direktoru Ketrin Rassel bildirib ki, qidalandırıcı və əlçatan qidalar hər bir uşaq üçün bir haqqdır. Rassel qeyd edib ki, artıq çəki uşaqların sağlamlığı və inkişafı üçün böyüyən bir təhdiddir.

Hesabata görə, piylənmənin 2035-ci ilə qədər qlobal iqtisadiyyata illik 4 trilyon dollar zərər vuracağı gözlənilir. UNICEF hökumətlərə məktəb bufetlərində emal olunmuş qidaları qadağan etməyi, sağlam olmayan qida və içkilərə əlavə vergi tətbiq etməyi və sağlam məhsullara çıxışı asanlaşdırmağı tövsiyə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu