Fransada son 4 ildə evsiz uşaqların sayı 120 faiz artıb


Keçən ay Fransada keçirilən 2024 Paris Olimpiya Oyunları zamanı paytaxtdan sıxışdırılan evsizlərlə bir daha gündəmə gələn mənzil problemi dərinləşərkən, ölkədə küçədə yaşayan uşaqların sayının 120 faiz artdığı məlum olub.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu artım son 4 ildə qeydə alınıb.

Ölkədəki əcnəbilərin hüquqlarını müdafiə edən və minə yaxın dərnəyin üzvü olan Həmrəylik Aktyorları Federasiyası (FAS) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Fransa tərəfindən dərc edilən məlumatlar, ölkədə evsiz uşaqların sayının 2 mini keçdiyini aşkara çıxarıb.

UNICEF Fransa evsiz uşaqların sayının ilk dəfə olaraq 2 min limiti keçdiyini və bunun həyəcanverici bir artım olduğunu bildirib.

2020-ci ildə 927 olan evsiz uşaqların sayı 4 ildə 120 faiz artıb və bu il küçələrdə olan 2 mindən çox uşaqdan 467-si üç yaşdan kiçik olub.

UNICEF-in Fransa prezidenti Adeline Hazan bildirib ki, evsiz uşaqların sayının amansız artması faciədir: "Bizim barometrimiz Fransanın ratifikasiya etdiyi Beynəlxalq Uşaq Hüquqları Konvensiyasının prinsiplərini açıq şəkildə pozduğunu altıncı dəfə ortaya qoyur və vəziyyətin daim pisləşdiyini göstərir".

UNICEF və FAS Fransada qurulacaq yeni hökumətin prioritetləri arasında uşaqların olması lazım olduğunu bildirib və 2024-cü ilin yanvar ayından bəri vəd edilən sığınacaqların sayının dərhal artırılmasını tələb edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu