Dünyada 333 milyon uşaq ifrat yoxsulluğun məngənəsindədir


Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu 333 milyon uşağın, yəni dünya uşaq əhalisinin təxminən hər 6 nəfərindən birinin həddindən artıq yoxsulluq içində yaşadığını açıqlayıb.


Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) və Dünya Bankı birgə “Beynəlxalq aclıq həddinə görə yoxsulluq içində yaşayan uşaqlar” adlı hesabat hazırlayıb.

Hesabatda gündə 2,15 dolların altında yaşayan və "həddindən artıq yoxsulluq" sayılan uşaqların sayının 2013-cü ildən 2022-ci ilə qədər yüzdə 13 azalaraq 383 milyondan 333 milyona düşdüyünə diqqət çəkilərək, 30 milyon uşağın hədəfdən geri qaldığı ifadə edilib.

Gələn həftə Nyu Yorkda başlayacaq BMT Baş Assambleyasının iclaslarında BMT-nin Davamlı İnkişaf Məqsədlərinin də müzakirə ediləcəyinə diqqət çəkən hesabatda bu tempin davam edəcəyi təqdirdə 2030-cu ilə qədər uşaq yoxsulluğuna son qoyulması hədəfinə nail olunmayacağı qeyd edilib.

Hesabatda uşaq yoxsulluğunun ən böyük yükünü Sahara-altı Afrika bölgəsinin daşıdığına diqqət çəkilərək, dünyadakı "həddindən artıq yoxsul" uşaqların yüzdə 40-ının bu bölgədə olduğu bildirilib.

Hesabatda 2013-cü ildə yüzdə 54,8 olan bu bölgədə uşaq yoxsulluğu nisbətinin 2022-ci ildə yüzdə 71,1-ə yüksəldiyi də diqqətə çatdırılıb.

Hesabatda UNICEF və Dünya Bankı hökumətləri və maraqlı tərəfləri uşaq yoxsulluğuna son qoymaq üçün bu məsələni prioritetləşdirməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu