Nigeriyada 88,4 milyon insan ifrat yoxsulluq həddində yaşayır
Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada 88,4 milyon insanın həddindən artıq yoxsulluq içində yaşadığı bildirilir.
Nigeriya Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyinin daimi katibi Temitope Fadeşemi açıqlamasında ölkədə yoxsulluq səviyyəsinin həyəcan verici olduğunu vurğulayıb.
Nigeriyada təxminən 88,4 milyon insanın həddindən artıq yoxsulluq içində yaşadığını ifadə edən Fadeşemi, 2022-ci ilə qədər həddindən artıq yoxsulluq içində olan dünya əhalisinin yüzdə 12,9-unun Nigeriyada olduğunu qeyd edib.
Hökumətin ölkədə yoxsulluqla mübarizədə mühüm addımlar atdığını deyən Fadeşemi hökumətin fermerlərlə əməkdaşlıq çərçivəsində müxtəlif proqramlar təşkil etdiyini bildirib.
Afrika qitəsinin zəngin neft və təbii qaz ehtiyatlarına sahib olan Nigeriyada gəlir bərabərsizliyi, Boko Haram və silahlı dəstə üzvlərinin hücumları kimi problemlər ölkə iqtisadiyyatına mənfi təsir göstərir.
Ölkələrində iqtisadi böhran və təhlükəsizlik problemləri səbəbiylə çətin şəraitdə yaşayan bəzi nigeriyalılar daha yaxşı həyat ümidi ilə qeyri-qanuni yollarla Avropaya qaçmağa çalışırlar.