BMT-dən SOS! 2030-cu ilə qədər təxminən 59 milyon uşaq və gənc ölə bilər


2021-ci ildə hər 4,4 saniyədə bir uşaq və ya yeniyetmə ölüb. BMT-nin hazırladığı hesabatda tədbir görülməsə, bu rəqəmin 2030-cu ilə qədər mərhələli şəkildə artacağı vurğulanıb.


AFN.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Ölümünün Proqnozları üzrə Agentliklərarası Qrupunun (UN IGME) 2021-ci ildə gənclər və uşaq ölümlərini göstərən son hesabatı dərc edilib. Hesabatda 2021-ci ildə 5 milyon uşağın 5 yaşına çatmadan dünyasını dəyişdiyi qeyd edilib. Bundan əlavə, 5-24 yaş arası 2,1 milyon uşaq və ya gəncin öldüyü bildirilib. 1,9 milyon körpənin ölü doğulduğu bildirilən hesabatda səhiyyə sisteminə ədalətli çıxış və yüksək keyfiyyətli uşaq sağlamlığı xidmətlərinin göstərilməsi ilə bu ölümlərin qarşısını almaq mümkün olduğu da vurğulanır.
2000-ci ildən bəri dünyada bütün yaşlarda ölüm riskinin daha aşağı olması qeydə alınsa da, 5 yaşa qədər uşaqların ölüm halları qlobal miqyasda 50 faiz azalıb. Bu prosesdə 5-24 yaş arası uşaq və gənclərin ölüm nisbətində 36 faiz, ölü doğum nisbətində isə 35 faiz azalma olub.
Ölümlərin azalmasının ən mühüm amillərindən biri qadınların, uşaqların və gənclərin xeyrinə olan əsas sağlamlıq sistemlərinə qoyulan investisiyalardır.
Bununla belə, 2010-cu ildən sonra ölüm nisbətlərinin azalması əhəmiyyətli dərəcədə azalmağa başlasa da 54 ölkə 5 yaşadək uşaqların ölümü ilə bağlı qarşıya qoyduğu Dayanıqlı İnkişaf Məqsədlərinə çatmamaq riski ilə üzləşib.
BMT-nin məlumatına görə, 2021-ci ildə hər 4,4 saniyədə bir uşaq və ya yeniyetmə ölür. BMT xəbərdarlıq edib ki, əgər səhiyyə sistemləri kifayət qədər inkişaf etməsə, 2030-cu ilə qədər təxminən 59 milyon uşaq və gənc ölə, 16 milyon körpə isə ölü doğula bilər.
Səhraaltı Afrika və Cənubi Asiya uşaq ölümlərinin ən çox olduğu bölgələr kimi önə çıxsa da, 2021-ci ildə 5 yaşadək uşaq ölümlərinin 56 faizi Səhraaltı Afrikada, 26 faizi isə Cənubi Asiyada qeydə alınıb. Səhraaltı Afrikada doğulan uşaqlar dünyada ən yüksək ölüm riski ilə üzləşirlər və bu risk Avropa və Şimali Amerikada doğulan uşaqlardan 15 dəfə çoxdur.

Leyla



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu