UNİCEF-dən Sudan bəyanatı - 3 milyon uşaq evlərindən didərgin düşüb
UNICEF açıqlamasında Sudanda qarşıdurmaların başlamasından bu yana 3 milyon uşağın evindən didərgin düşdüyünü açıqlayıb. UNICEF bəyan edib ki, 14 milyon uşağın təcili humanitar yardıma ehtiyacı var.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Sudan Ordusu ilə Sürətli Dəstək Qüvvələri (HDK) arasında baş verən qarşıdurmanın 200-cü günü ilə bağlı açıqlama verib.
Bəyanatda vurğulanıb ki, beynəlxalq ictimaiyyət və münaqişə tərəfləri səylərini artırmalı və hər gün kabuslar yaşayan milyonlarla uşaq və ailənin problemlərinin həlli yollarını axtarmalıdırlar.
Ən ağır bədəli uşaqların ödədiyinə diqqət çəkən açıqlamada, Sudanın hazırda dünyanın ən böyük köçkünlük böhranına səhnə olduğu qeyd edilib. Bildirilib ki, Sudanda 3 milyon uşaq təhlükəsizlik, qida, sağlamlıq və sığınacaq axtararaq evlərini tərk edib.
Bəyanatda həmçinin 14 milyon uşağın təcili humanitar yardıma ehtiyacı olduğu vurğulanıb.