UNICEF: "Dünyanın ən böyük uşaq köçkünlüyü Sudanda qeydə alınıb"
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder dünyada ən böyük uşaq köçkünlüyünün Sudanda baş verdiyini və qarşıdurmaların yaşandığı ölkədə 4 milyon uşağın qaçqın vəziyyətinə düşdüyünü açıqlayıb.
Elder Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında qiymətləndirmələr edib.
Sudanda qarşıdurmaların başladığı 2023-cü ilin aprelindən bu yana vəziyyətin daha da pisləşdiyini ifadə edib.
O, Sudandakı münaqişələr səbəbindən təhlükəsizliyin olmadığını və 700 mindən çox uşağın qida çatışmazlığının ən təhlükəli vəziyyəti ilə üzləşdiyini vurğulayıb.
Sudanda əhalinin 2/3-nin əsas səhiyyə xidmətlərindən istifadə edə bilmədiyini bildirən Elder, "Bu, sağlamlıq, qidalanma sistemlərini, müharibə qanunlarına hörmət anlayışını məhv edən və insanları öldürən bir müharibədir" ifadələrini işlədib.