Aİ ölkələri "yekdillik buxovlarından” imtina etməlidirlər - Fon der Leyen


Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen əsas çıxışında Aİ ölkələrindən xarici siyasət qərarları qəbul edərkən Aİ Şurasında veto hüququndan imtina etməyi tələb edib və bunu “yekdilliyin qandalları” adlandırıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə Strasburqda Avropa Parlamentinin sessiyasında çıxış edərkən bildirib: "Xarici siyasət qərarlarının ixtisaslı səs çoxluğu əsasında qəbul edilməsinə keçməyin vaxtı çatıb. Qərarların qəbulunu sürətləndirmək üçün Aİ ölkələri “yekdillik buxovları"ndan əl çəkməlidirlər".

Aİ-nin mövcud qaydalarına görə, Aİ Şurasında veto hüququndan imtina yalnız birliyin bütün ölkələrinin yekdil qərarı ilə mümkündür. Veto hüququndan imtina Avropa Komissiyasının Avropada ən sərt qərarlar qəbul etmək imkanlarını xeyli genişləndirə bilər.

Avropa Komissiyasının rəhbəri çıxışında həmçinin yeni Avropanın qurulmasına çağırıb, hələlik birlik ölkələrinin milli hökumətlərinin tam suverenliyi altında qalan Aİ ölkələrinin hərbi xərclərini nəzarətə götürmək planlarını açıqlayıb və dondurulmuş Rusiya aktivlərinin gizli şəkildə müsadirə edilməsinin mümkün sxemini səsləndirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu