MAQATE rəhbəri: İranın NPT-dən çıxmamağa hazır olması ümidvericidir
Tehranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmamağa hazır olması ümidvericidir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi təşkilatın Rəhbərlər Şurasının Vyanada keçirilən iclasında İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşündən sonra bildirib.
Qrossi əlavə edib ki, İran da nüvə silahının yayılmaması rejiminə əməl etməyə hazır olduğunu bəyan edib. Eyni zamanda, onun sözlərinə görə, İslam Respublikası onu narahat edən bir sıra məsələləri də açıqlayıb. Qrossinin sözlərinə görə, MAQATE-nin vəzifəsi bu suallara qulaq asmaq və İranın yeni qanunvericiliyi ilə beynəlxalq öhdəlikləri arasında kompromis əldə etməyə imkan verəcək cavab yollarını tapmaqdır.

