Qrossi MAQATE müfəttişlərinin İrana qayıtmasını irəliləyiş adlandırıb
MAQATE müfəttişlərinin İrana qayıtması İslam Respublikası ilə münasibətlərin normallaşması istiqamətində irəliləyişin göstəricisidir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib.
O vurğulayıb ki, müfəttişlərin geri qayıtması faktı önəmlidir, lakin həll olunmalı çoxlu məsələlər və yoxlamalarla bağlı problemlər hələ qalır.
Qeyd edək ki, iyun ayında İsrail və ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməsi MAQATE ilə əməkdaşlıqda gərginliyə səbəb olub. İranın XİN rəhbəri Abbas Əraqçi Buşehr Atom Elektrik Stansiyasında yanacağın MAQATE müfəttişlərinin nəzarəti altında dəyişdiriləcəyini açıqlayıb.

