MAQATE: İran ABŞ-ın zərbələrindən sonra nüvə obyektlərini bərpa edə bilər


İran ABŞ-ın zərbələri nəticəsində məhv edilmiş nüvə obyektlərini bərpa etməyə qadirdir.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi məlumat verib.



“Ölkənin lazımi texniki biliyi və sənaye potensialı var. Bunu heç kim inkar edə bilməz”, - deyə o qeyd edib.



Qrossi İranın nüvə infrastrukturunun bəzi hissələrinin hücumlardan sağ çıxdığını bildirib. O, “İsrail və ABŞ-ın hücumlarının İranın nüvə proqramını illərlə, yoxsa bir neçə aya geri salıb?” sualına cavab verməkdən imtina edib: “Mən buna qum saatına baxdığımız kimi baxmağı xoşlamıram. Hərbi əməliyyatın öz məntiqi var və mən onun yaxşı və ya pis olduğunu mühakimə etmək üçün burada deyiləm. Bizdə vəziyyət var.”



Onun sözlərinə görə, İranla uzunmüddətli həll yolları üzərində işləmək vacibdir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu