Qrossi Kursk AES-ə səfərini nüvə insidentinin təhlükəsi ilə əlaqələndirib


“Mənim bura gəlişim onunla əlaqədardır ki, Kursk şəhərində atom elektrik stansiyasına nisbətən yaxınlıqda hazırda hərbi əməliyyatlar gedir. İndi burada nüvə insidentinin baş verməsi təhlükəsi var".


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Kursk bölgəsində səfərdə olan Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi bildirib. O, qeyd edib ki, Çernobıl AES ilə Kursk AES-i müqayisə etmək qətiyyən düzgün deyil. “Kursk Atom Elektrik Stansiyasının ərazisində eyni tipli reaktor işləyir, həqiqətən də bu reaktorun hər hansı bir zonasına xarici təsirlər baş verərsə, onun xüsusi mühafizəsi yoxdur. Nüvə insidenti baş verə, radiasiya yayıla bilər", - deyə MAQATE rəhbəri əlavə edib. Qrossi əlavə edib ki, bunun Çernobıl AES-dəki insidentlə eyni miqyasda olub-olmayacağını söyləmək çətindir.

Kursk AES Kurçatov şəhəri yaxınlığında yerləşən və ölkənin Vahid Enerji Sisteminin ən mühüm qovşağıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu