MAQATE rəhbəri: Kursk AES-də dron zərbələrinin izlərini gördüm


Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi jurnalistlərə bildirib ki, Kursk AES-də yoxlama zamanı onun ərazisində dron hücumlarının izlərini görüb.


“Bu gün mənə Kursk Nüvə Zavodunun ərazisinə, obyektlərinə bir neçə dron hücumu barədə məlumat verildi, mən zavodda olarkən bu hücumların izlərini gördüm”, - deyə o bildirib. Qrossi qeyd edib ki, bu vəziyyət aktiv döyüş zonasından bir neçə kilometr məsafədə yerləşən nüvə elektrik stansiyalarının təhlükəsizlik rejimi ilə bağlı narahatlıq doğurur.

Rafael Qrossi Kurçatov şəhərinə bu gün gəlib və burada Kursk AES-ə baxış keçirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu