BMT Kursk və Zaporojye AES-lərlə bağlı vəziyyətdən narahatlığını bildirib
BMT Kursk və Zaporojye atom elektrik stansiyaları ətrafındakı vəziyyəti son dərəcə narahatedici hesab edir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu təşkilatın rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“Biz son dərəcə narahatıq ki, iki atom elektrik stansiyasının döyüş bölgəsində olması hər kəsi narahat etməlidir”, - deyə o, jurnalistlərin sualını cavablandırarkən deyib.
Bundan əvvəl MAQATE-nin rəhbəri Rafael Qrossi Zaporojye AES-də Ferrosplavnaya-1 xəttinin bağlanması ilə bağlı qeyri-sabit vəziyyət barədə məlumat verib.