İran XİN Qrossinin Tehrana səfərini MAQATE ilə əməkdaşlıqda yeni fəsil adlandırıb


İran Xarici İşlər Nazirliyi Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossinin Tehrana səfəri İranın bu təşkilatla əməkdaşlığında yeni səhifə adlandırıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu İran XİN-in nin sözçüsü Nasir Kənani bazar ertəsi keçirdiyi mətbuat konfransında deyib. "Qrossinin İrana səfəri İran və MAQATE arasında ikitərəfli əməkdaşlıqda yeni səhifə açdı" - deyə XİN sözçüsü qeyd edib.

Ötən həftə Rafael Qrossi Tehranda rəsmi səfərdə olub. O, İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami ilə danışıqlar aparıb. Qrossinin sözlərinə görə, agentlik İranla Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA, nüvə sazişi) canlandırılmasına kömək edəcək saziş bağlamağa hazırlaşır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu