Tramp saat 00:00-da bəyanatla çıxış edəcək


ABŞ prezidenti Donald Tramp yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 00:00) mətbuata açıqlama verəcək.

AFN.az xəbər verir ki, Amerika liderinin cədvəlini Ağ Evin mətbuat xidməti yayıb, lakin açıqlamanın mövzusu barədə məlumat verilməyib.

"Fox News" telekanalı isə Ağ Evdəki mənbəyə istinadən bildirir ki, Trampın sentyabrın 5-də ABŞ Müdafiə Nazirliyinin adının dəyişdirilərək ABŞ Müharibə Nazirliyi edilməsi ilə bağlı sərəncam imzalayacağı gözlənilir. Telekanalın məlumatına görə, departamentin rəhbəri Pit Heqset təkcə müdafiə naziri deyil, həm də hərbi nazir adlandırılacaq.

ABŞ Müharibə Departamenti 1789-cu ildən 1947-ci ilə qədər mövcud olub, sonradan milli hərbi departamentə çevrilib. 1949-cu ildə o, Müdafiə Nazirliyi adlandırılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu