Trampdan Avropa liderlərinə çağırış: Rusiya neftini almayın
ABŞ Prezidenti Donald Tramp Avropa liderlərindən Rusiyadan neft almamağı tələb edib.
AA-nın Ağ Ev rəsmisindən aldığı məlumata görə, Fransa Prezidenti Emmanuel Makron və Avropa liderlərinin dəvəti ilə Ukrayna müharibəsi üçün yaradılmış “Könüllülər Koalisiyası” toplantısına Ağ Evdəki ofisindən qoşulan Tramp Rusiyanın bir il ərzində Avropa İttifaqına yanacaq satışından 1,1 milyard avro qazandığını xatırladıb.
Avropanın müharibəni maliyyələşdirən Rusiya neftini almağı dayandırmalı olduğunu vurğulayan Tramp, Avropa liderlərinin Rusiyanın müharibə səylərini maliyyələşdirdiyi üçün Çinə də iqtisadi təzyiq göstərməli olduqlarını bildirib.
