İsrail ordusu Qəzzada hücuma hazırlaşır
İsrail Müdafiə Qüvvələri (IDF) hazırda onun kənarında şiddətli döyüşlərin getdiyi Qəzza şəhərinə hücum üçün hazırlıqlara başlayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusunun sözçüsü Avixay Edri bildirib.
"Biz Qəzzada hücum üçün hazırlıqlara başlamışıq və artıq onun ilk mərhələlərinə keçirik. Hazırda şəhərin kənarında intensiv döyüşlər gedir" - deyə o, özünün X hesabında ərəb dilində yazıb. Edri həmçinin İsrail ordusunun Qəzzaya zərbələrinin gücünü artıracağını vəd edib və HƏMAS-ı partizan üsuluna keçsə belə, məhv edəcəkləri ilə hədələyib.
Bundan əvvəl İsrail SQ Qəzza şəhərini döyüş bölgəsi elan edib və orada gündəlik taktiki fasilələri aradan qaldırıb. Hərbçilər bu qərarı yerdə vəziyyətin qiymətləndirilməsi və yəhudi dövlətinin siyasi rəhbərliyinin göstərişləri əsasında qəbul etdiyini vurğulayıb.

