Aİ3 ABŞ-ı İrana qarşı sanksiyaları bərpa etmək niyyəti barədə xəbərdar edib
Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri ABŞ dövlət katibi Marko Rubionu İrana qarşı sanksiyaların bərpası prosesinə başlamaq niyyətləri barədə xəbərdar ediblər.
AFN.az "Axios"-a istinadən xəbər verir ki, Avropa ölkələri bu addımla Tehrana qarşı iqtisadi təzyiqi artırmağı planlaşdırır, bu isə İranın cavab tədbirləri görməsinə səbəb olacaq.
Aİ3 ölkələri sanksiyaları BMT Təhlükəsizlik Şurasına yazılı şəkildə təqdim edəcək, sanksiyalar isə maliyyə, bank, enerji və müdafiə sektorlarına 30 gün sonra bərpa olunacaq. İran isə bunun baş verməsi halında Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxacağını bəyan edib.
2015-ci ildə İran və dünya ölkələri JCPOA sazişini imzalayaraq, 2002-ci ildən başlayan nüvə böhranına son qoyublar. ABŞ prezidenti Donald Tramp sazişdən çıxaraq sanksiyaları bərpa edib. Buna cavab olaraq, 2020-ci ildə İran öhdəliklərini azaldıb və MAQATE müfəttişlərinin çıxışını məhdudlaşdırıb.
Avqustun 26-da isə Rusiya BMT-də 2231 saylı qətnamənin müddətini 2026-cı il aprelin 18-dək uzatmağı təklif edib.

