Sanksiyalar olarsa, İran MAQATE ilə əməkdaşlığı dayandıra bilər


Avropa ölkələri – Britaniya, Almaniya və Fransa BMT-nin sanksiyalarını yeniləmək üçün “snapback” mexanizmini işə salsalar, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı tam dayandıra bilər.

AFN.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib. Onun sözlərinə görə, belə addım atılarsa, MAQATE ilə qarşılıqlı fəaliyyət tamamilə təhlükə altına düşəcək.

Qeyd edək ki, ABŞ və Aİ3 ölkələri nüvə sazişinə dair avqustun sonuna qədər nəticə əldə olunmasa, BMT sanksiyalarının bərpasını nəzərdə tutan mexanizmi işə salmağı planlaşdırır. İran isə bunun baş verəcəyi halda həm əməkdaşlığı dayandıracağını, həm də Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxacağını bəyan edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu