İran MAQATE ilə əməkdaşlığı dayandıran qanunu qəbul etdi


İran prezidenti Məsud Pezeşkian Tehranla Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında əməkdaşlığı dayandıran qanunu imzalayıb.



AFN.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.



Sənəd prezident tərəfindən imzalandığı andan qanun qüvvəyə minmiş hesab olunur və icrası məcburidir.



İyunun 25-də İran parlamentinin üzvləri İslam Respublikası ilə MAQATE arasında əməkdaşlığın dayandırılması haqqında qanun layihəsinin mətnini təsdiqləyiblər. İyunun 26-da İran Konstitusiya Keşikçiləri Şurası qanun layihəsini təsdiqləyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu