Polşanın keçmiş səhiyyə naziri COVID-ə görə döyülüb
Polşanın keçmiş səhiyyə naziri (2020-2023) Adam Niedzielski COVID-19 epidemiyası zamanı apardığı siyasətə görə Polşanın qərbindəki Vielkopolskie Voyevodalığının Siedlce şəhərində döyülüb.
AFN.az xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb.
Bildirilir ki, siyasətçiyə hücum edən şəxslər ölkədə COVID-19 epidemiyası zamanı Niedzielskinin qərarlarını yüksək səslə tənqid ediblər.
Keçmiş nazirin ciddi xəsarət almadığı, hücum edənlərin yerli polis tərəfindən nəzarətə alındığı bildirilir. Saxlanılanların dindirilməsi cümə axşamı, avqustun 28-də baş tutacaq.

