İsrail əl-Kisvah bölgəsində əməliyyat həyata keçirib


İsrail əsgərləri Dəməşqin qərbindəki əl-Kisvah bölgəsinə eniş ediblər.

AFN.az xəbər verir ki, bu barədə Suriya telekanalı məlumat yayıb.

Telekanalın mənbələri qeyd ediblər ki, döyüşün məqsədləri və onun nəticələri hələ də məlum deyil. Eyni zamanda, telekanal Suriya hərbçilərinin daha əvvəl bölgədə mənşəyi məlum olmayan dinləmə cihazları və müşahidə kameraları aşkarladığını vurğulayıb. Qısa müddət sonra İsrail əl-Kisvaha hava zərbəsi endirib, nəticədə ölən və yaralananlar var.

Bir gün əvvəl “Şam” telekanalı İsrail Hərbi Hava Qüvvələrinin qırıcılarının Dəməşqin qərbindəki əl-Kisvah bölgəsində Suriya qoşunlarının qərargahına hücum edərək, yerüstü hədəflərə azı 6 raket atdığını bildirib. Zərbə həmçinin Dəməşqin kənarındakı Cəbəl əl-Maniah dağındakı hərbi obyektə də endirilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu