Cammu və Kəşmirdə sel: 30 nəfər öldü
Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində yağan güclü yağışlar nəticəsində baş verən sel və torpaq sürüşməsində 30 nəfər həyatını itirib.
Hindustan Times-ın xəbərinə görə, intensiv yağışlar bölgədə sel və torpaq sürüşmələrinə səbəb olub.
Rəsmilərin açıqlamasına əsasən, təbii fəlakətlər nəticəsində 30 nəfər həyatını itirib.
Yağışlar infrastrukturda da ciddi dağıntılar törədib – körpülər uçub, elektrik enerjisi kəsilib, telekommunikasiya şəbəkələri sıradan çıxıb.
Dəmir yolu və avtomobil yollarında da ciddi problemlər yaranıb, bəzi yollar bağlanıb, çoxlu sayda qatar reysi ləğv edilib.
Xilasetmə əməliyyatları çərçivəsində 3 min 500-dən çox sakin seldən zərər çəkən ərazilərdən təxliyə olunub.
Bölgədəki bütün məktəblər 27 avqusta qədər bağlanıb, imtahanlar isə təxirə salınıb.



