Çin Ukraynaya sülhməramlılar göndərməyi planlaşdırmır


Çin təhlükəsizlik zəmanəti çərçivəsində Ukraynaya hərbi kontingent göndərməyi planlaşdırmır.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun “Welt” qəzetinin nəşrini şərh edərkən bildirib.

"Bu məlumat həqiqətə uyğun deyil. Çinin Ukrayna məsələsində mövqeyi aydın və ardıcıldır", - diplomat qeyd edib.

“Welt” qəzeti mənbələrə istinadən yazıb ki, Çin tərəfi sülhməramlı missiya çərçivəsində öz hərbi kontingentini Ukraynaya göndərməyə hazırdır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu