Ukrayna və Litva birgə “uzaq mənzilli PUA”-lar istehsal edəcəklər
Ukraynanın müdafiə naziri Denis Şmıxal və Litvanın müdafiə naziri Dovile Şakaliene “uzaq mənzilli dronların” birgə istehsalına başlamaq niyyəti haqqında saziş imzalayıblar.
AFN.az xəbər verir ki, bu barədə Şmıxal öz Telegram kanalında məlumat verib.
"Birlikdə diqqətimizi birgə istehsala, o cümlədən uzaq mənzilli pilotsuz təyyarələrin yaradılmasına yönəldirik. Litvanın milli müdafiə naziri Dovile Şakaliene ilə birlikdə Litva və Ukraynada müdafiə təyinatlı məhsulların birgə istehsalına dair müvafiq niyyət sazişi Kiyevdə imzalanıb", - deyə o yazıb.
Şmıxalın sözlərinə görə, bu sənəd Litvada Ukrayna şirkətlərinin inkişafına kömək edəcək və texnologiya mübadiləsi üçün imkan yaradacaq.


