Kiyev: Fransa ilə birgə silah istehsalına hazırıq


Ukraynanın müdafiə naziri Rustem Umerov Fransa şirkətlərini Ukraynada silah istehsal etməyə çağırıb.


Kiyevdə bir qrup fransalı deputatla görüşən Umerov görüşdən sonra sosial media hesabında Ukrayna ilə Fransanın birgə silah istehsalının əhəmiyyətinə toxunub.

Umerov, "Fransa müdafiə şirkətlərinə dedik ki, ortaq istehsala hazırıq. Qoy silahları Ukraynada istehsal etsinlər. Bu çox vacibdir" - deyə bildirib.

Ukrayna hökuməti əvvəllər Fransa istehsalı olan SEZAR zirehli haubitsaları üçün Parisə pul ödəmişdi.

Fransa şirkətləri Ukraynaya top və haubitsa sursatlarının ixracını davam etdirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu