Litva Ukrayna üçün 20 milyon avro dəyərində sursat alacaq


Litva Ukrayna üçün sursat alınması üçün 20 milyon avro ayıracaq.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Dovile Şakalen bildirib.

"Litva Ukraynaya sursat almaq üçün əlavə 20 milyon avro ayırmaq niyyətindədir. Hazırda bu, onun ordusunun əsas ehtiyaclarından biridir", - deyə nazir NATO-nun mənzil-qərargahına Kiyevə silah tədarükü üzrə təmas qrupunun iclasına gələrkən jurnalistlərə bildirib.

Şakalen qeyd edib ki, bu planın həyata keçirilməsini sürətləndirmək lazımdır: "Bu, yayda çətin ola bilər, ona görə də prosesi sürətləndirmək lazımdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu