Litva Ukraynaya hərbi texnika və sursat göndərib


Litva Ukraynaya növbəti hərbi yardım çərçivəsində zirehli hərbi maşınlar və sursat göndərib.



AFN xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anaşauskas “Twitter“ səhifəsində bildirib.

“Litvanın Ukraynaya göndərdiyi əlavə hərbi dəstək ünvanına çatıb. 12 ədəd M113 hərbi maşını göndərilib. Onların 10 ədədi 120 mm-lik özüyeriyən minaatan və 2 ədədi atəşi idarəetmə sistemidir” – nazir qeyd edib.

Həmçinin o da əlavə olunub ki, texnika ilə yanaşı, xeyli sayda sursat da göndərilib.

Xatırladaq ki, Litva bundan öncə də Ukraynaya müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş M113 hərbi maşını yola salıb və hazırda göndərilən M113 zirehli texnikasının ümumi sayı 62-dir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu