İsveç büdcə kəsirini ödəmək üçün Ukraynaya 79 milyon dollar ayıracaq


İsveç hökuməti Ukrayna dövlət büdcəsindəki maliyyə çatışmazlığını ödəmək üçün əlavə 750 milyon kron (79 milyon dollar) ayırmaq qərarına gəlib.

AFN.az xəbər verir ki, bu barədə hökumətin saytında məlumat yayılıb.

"Hökumət Ukraynaya Avropa Dəstəyi Fondu vasitəsilə əlavə büdcə dəstəyi çərçivəsində 2025-ci il üçün Aİ ilə 750 milyon kron ayrılması istiqamətində yeni saziş bağlamaq qərarına gəlib. Bu yardım Ukrayna dövlət büdcəsindəki maliyyə boşluğunu doldurmağa kömək edəcək", - deyə məlumatda qeyd edilir.

Xarici ticarət və beynəlxalq inkişaf üzrə əməkdaşlıq naziri Benjamin Dusan bildirib ki, İsveç Ukraynaya dəstəyini artırmaqda davam edir: "Yeni razılaşma ilə İsveç Aİ-də Ukraynaya Avropa Dəstək Fondu vasitəsilə Ukraynanın dövlət büdcəsini gücləndirmək üçün əlavə vəsait ayıran ilk ölkə oldu. İqtisadi sabitlik Ukraynanın maaş və pensiyaları ödəməyə davam edə bilməsi, həmçinin səhiyyə, məktəblər və sosial xidmətlərin fəaliyyətini təmin edə bilməsi üçün ilkin şərtdir".






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu