Norveç enerji sektorunu dəstəkləmək üçün Ukraynaya 100 milyon dollar ayıracaq


Norveç hökuməti Ukraynanın enerji sektorunu dəstəkləmək üçün bu ölkəyə əlavə 100 milyon dollar ayırdığını açıqlayıb. Bu barədə krallıq hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.


“Norveç Ukraynanın elektrik enerjisinə olan tələbatını ödəmək üçün 1,1 milyard Norveç kronu (100 milyon dollar) ayıracaq”, - deyə bəyanatda qeyd olunub. Krallıq hökumətinin bəyanatında deyilir ki, Ukraynada enerji infrastrukturunun imkanlarının 50%-dən çoxu məhv edilib.

Yardım BMT-nin İnkişaf Fondu vasitəsilə ayrılacaq. Xüsusilə, onlardan Ukraynanın Xarkov vilayətinin səhiyyə müəssisələrinin enerji təchizatının təşkili üçün istifadə olunacaq.

"Biz Ukrayna ilə onların bu vəsaitlərdən ən səmərəli şəkildə necə istifadə edə biləcəkləri ilə bağlı sıx dialoq aparırıq. Ukraynalıların özləri onlara nə lazım olduğunu daha yaxşı başa düşürlər. Ancaq qış yaxınlaşdığı üçün infrastrukturun yenidən qurulmasına mümkün qədər tez başlamaq vacibdir. Norveç ümid edir ki, yeni maliyyə Ukraynada dağıntıların bir hissəsini bərpa etməyə və enerji təhlükəsizliyini təmin etməyə imkan verəcək” - deyə sənəddə bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu