Norveç Ukraynaya pilotsuz təyyarələrlə mübarizə sistemi verəcək
Mənzil-qərargahı Norveçdə yerləşən beynəlxalq texnologiya şirkəti "Kongsberg Gruppen" Kiyevə 740 milyon NOK (70,8 milyon dollar) dəyərində pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə sistemi verəcək.
AFN.az xəbər verir ki, bu barədə Norveç hökumətinin saytında məlumat verilib.
Əsas payçısı Norveç olan sistem Ukraynaya Beynəlxalq Dəstək Fondu (IFU) tərəfindən çatdırılacaq. Ölkənin Müdafiə Nazirliyinin rəhbəri Byorn Arild Qramın sözlərinə görə, bu, ukraynalıların həyatını xilas edəcək, həm də rus təcavüzünə müqavimət göstərməkdə mühüm rol oynayacaq.