Norveç, Portuqaliya və Litva Ukraynaya hərbi yardım göstərəcək
Norveçin baş naziri Jonas Qahr Store ölkə hökumətinin IRIS-T hava hücumundan müdafiə sistemləri üçün zenit-raket komplekslərinin Ukraynaya təhvil verilməsi barədə qərar qəbul etdiyini bildirib.
AFN.az-ın məlumatına görə, bu haqda "European Pravda" xəbər verir.
Raketlərlə birlikdə minatəmizləmə üçün avadanlıqlar da Kiyevə təhvil veriləcək.
Öz növbəsində Portuqaliya F-16-da ukraynalı pilotların təliminə qoşulmağa hazır olduğunu təsdiqləyib. UNIAN xəbər verir ki, bu barədə Ukrayna prezidenti Zelenski bildirib.
“Ukrinform” isə xəbər verir ki, Litva Ukraynaya 41 milyon avroluq yeni hərbi yardım paketi göndərəcək. Bu, Ukraynaya Müstəqillik Günü hədiyyəsidir və bu hədiyyəyə Karl Qustaf tank əleyhinə qumbaraatanlar, tüfənglər, dəniz müşahidə radar dəstləri, 5,56 mm çaplı döyüş sursatları, generatorlar, pilotsuz uçuş aparatları, NASAMS üçün raket buraxılış sistemləri daxildir.