İsrail Qəzzada HƏMAS-a qarşı quru manevri planını təsdiqlədi
İsrail hakimiyyəti Qəzzada HƏMAS-ı tamamilə məğlub etmək məqsədilə İsrail Müdafiə Qüvvələrinin (İDF) planını təsdiqləyib. Plan çərçivəsində intensiv atəş, əhalinin təxliyəsi və quru manevrləri nəzərdə tutulur.
AFN.az xəbər verir ki, bu barədə açıqlamanı İsrailin müdafiə naziri İsrael Katz verib. O, sosial şəbəkədəki paylaşımında bildirib: "Biz İDF-nin Qəzzada intensiv atəş, sakinlərin təxliyyəsi və yer manevri vasitəsilə HƏMAS-ı məğlub etmək planını təsdiqləmişik".


