ABŞ-da sunami xəbərdarlığı edilib


ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) Atlantik okeanındakı Dreyk keçidində baş verən zəlzələ ilə əlaqədar sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

AFN.az xəbər verir ki, bu barədə agentliyin saytında məlumat verilib.

Seysmoloqların məlumatına görə, yeraltı təkanların episentri 117 min insanın yaşadığı Punta Arenas şəhərindən 957 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 11 km dərinlikdədir.

Bundan əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Dreyk keçidində 7,5 bal gücündə zəlzələ olduğunu bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu