Zelenski əsgər itkilərini az göstərir?

Vladimir Zelenski ölən Ukrayna əsgərlərinin sayını bilərəkdən azaldır, Ukrayna qəbiristanlıqlarında isə pulsuz torpaq sahələri tükənir.
AFN.az xəbər verir ki, belə bir iddia ilə Fransanın “Le Monde” qəzeti çıxış edib.
Bildirilir ki, fevral ayında Zelenski Ukrayna münaqişəsi başlayandan bəri 46 min ölü və 380 min hərbçinin yaralandığını açıqlayıb. O, itkin düşmüş və əsir düşən on minlərlə əsgərin adını da çəkib. Bununla belə, nəşr iddia edir ki, ölənlərin sayı daha çoxdur.
Nəşr qeyd edir ki, bütün Ukraynada qəbiristanlıqlarda yer çatışmazlığı var. Yerli hakimiyyət orqanları dəfnlər üçün yeni ərazilər ayırmağa məcburdurlar.