Zelenski: Müharibədə 46 mindən çox Ukrayna əsgəri həlak olub

Ukrayna prezidenti Volodimir Zelenski bu günə qədər Rusiya-Ukrayna müharibəsində 46 mindən çox ukraynalı əsgərin həlak olduğunu və işğal olunmuş əraziləri heç vaxt Rusiya ərazisi kimi qəbul etməyəcəklərini bəyan edib.
Zelenski ABŞ-da yerləşən NBC News telekanalına müsahibəsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı hadisələri dəyərləndirib.
Ukrayna ordusunun itkilərinə toxunan Zelenski “46 mindən çox Ukrayna əsgəri həlak olub” deyib.
Təxminən 380 min Ukrayna əsgərinin yaralandığını qeyd edən Zelenski, on minlərlə ukraynalının müharibə səbəbilə itkin düşdüyünü və ya əsir götürüldüyünü, 19 min 500 uşağın zorla Rusiyaya qaçırıldığını bildirib.
ABŞ prezidenti Donald Trampın müharibəyə son qoymaq təşəbbüslərini də dəyərləndirən Zelenski, keçən həftə onunla telefonla danışdığını deyib.