Cənubi Koreyada güclü yağışlar nəticəsində 2 nəfər ölüb


Koreya Respublikasının qərbində yağan güclü yağışlar nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.



AFN.az xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb.



Bildirilir ki, Gyeonggido və Çungçeongnamdo əyalətlərində yağan güclü yağışlar çoxsaylı daşqınlara səbəb olub. Bir çox ərazilərdə qismən evakuasiya elan edilib, avtomobil və dəmir yolları su altında qalıb, ictimai nəqliyyat fəaliyyət göstərmir.



Gyeonggido əyalətinin cənubundakı Pyeongtaek və Huaseong şəhərlərinə 80 mm-dən çox, təbii fəlakətdən ən çox zərər çəkən Seosan şəhərinə isə 115 mm-dən çox yağış düşüb. İndiyədək torpaq sürüşməsi nəticəsində 2 nəfər ölüb, daha 2 nəfər yaralanıb.



Fövqəladə Halların Qarşısının Alınması və Nəticələrinin Aradan Qaldırılması üzrə Mərkəzi Qərargah təhlükənin davam etdiyi barədə xəbərdarlıq edir və vətəndaşları diqqətli olmağa çağırır, çünki yaxın günlərdə Koreya yarımadasının demək olar ki, bütün ərazisində güclü yağışlar gözlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu