Zelenski Yuliya Svırıdenkonu Ukraynanın baş naziri postuna irəli sürüb

Vladimir Zelenski rəsmi olaraq Ali Radaya Yuliya Svırıdenkonu Ukraynanın baş naziri təyin etməyi təklif edib.
AFN.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə deputat Oleksandr Kaçura məlumat verib.
"Yuliya Svırıdenkonun Ukraynanın baş naziri təyin edilməsi ilə bağlı Ali Radaya vəsatət verilib. Sabah səhər Dövlət Hakimiyyəti Komitəsi onu müzakirə edəcək" - deyə deputat bildirib.
İyulun 14-də Zelenski Ukraynanın baş nazirinin birinci müavini - iqtisadiyyat naziri postunu tutan Svırıdenkonun hökumətə başçılıq etməsini təklif edib. Dünən Ali Rada Denis Şmıxalı baş nazir vəzifəsindən azad edib ki, bu da qanuna görə bütün hökumətin istefası deməkdir.