Tramp Epşteyn işi ilə bağlı tərəfdarlarına irad tutdu


ABŞ prezidenti Donald Tramp amerikalı maliyyəçi Cefri Epşteynin işi ilə bağlı mübahisələrlə bağlı bəzi tərəfdarlarına inamını itirdiyini deyib.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Bəhreynin baş naziri və vəliəhdi Salman bin Həməd bin İsa Əl Xəlifə ilə görüşdə jurnalistlərin suallarını cavablandırarkən deyib.



Amerika liderindən uşaqlara təcavüzdə ittiham olunan və intihar edən Epşteyn məsələsində mövqeyini bölüşməyən tərəfdarlarına münasibəti soruşulub. “Mən bəzi insanlara inamımı itirmişəm, çünki onlar demokratlar tərəfindən aldanıblar”, - deyə Tramp bildirib. Eyni zamanda, o, bir daha Demokratlar Partiyasından olan siyasi rəqiblərini Epşteyn işində əlavə sənədlərin olması ilə bağlı versiyanı uydurmaqda günahlandırıb.



"Bu, demokratların saxtakarlığıdır. Bəzi axmaq respublikaçılar isə onların tələsinə düşdülər. Amerika mediası hazırkı administrasiyanın nailiyyətləri haqqında danışmaq əvəzinə zamanlarını açıq-aydın problemləri olan bu oğlana (Epşteyn) sərf edir” - deyə o qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu