Cefri Epşteyn işindəki adlar açıqlandı


ABŞ-ın keçmiş prezidenti Bill Klinton və Şahzadə Endryu 2019-cu ildə kamerasında intihar etdiyi açıqlanan amerikalı milyarder Cefri Epşteynin məhkəməsi ilə bağlı açıqlanan adlar arasında olub.



Epşteyn və ortağı Gislayn Maksvel ilə birlikdə yetkinlik yaşına çatmayan qızlar da daxil olmaqla, bir çox insanı cinsi istismarda və insan alverində ittiham edilirdi.

İngilis media nəhənginin qızı Maksvelə qarşı açılan iddia çərçivəsində adların ictimaiyyətə açıqlanmasına qərar verilib.

Maksvell Epşteynlə birlikdə törətdiyi cinayətlərə görə 20 il həbs cəzasına məhkum edilib.

Siyahıdakı adların bəziləri ittiham olunsa da, bəziləri iddialar irəli sürür və ya potensial şahid kimi göstərilir.

Hakim Loretta Preska bildirib ki, adların çoxu artıq ictimai mülkiyyətdədir və bir çox insanın sənədlərin yayılmasına etirazı yoxdur.

Bukingem Sarayı daha əvvəl iddiaların "qəti şəkildə həqiqətə uyğun olmadığını" bildirib.

Klintonun komandası istintaq başlamazdan əvvəl Epşteyn və keçmiş siyasətçi ilə əlaqələri kəsdiklərini və Epşteynin törətdiyi cinayətlər barədə məlumatlarının olmadığını bəyan edib.

Məlumdur ki, 2000-ci illərin əvvəllərində xeyriyyəçi fəal kimi məşhur olduğu vaxtlarda Epşteyn Bill Klintonu bir neçə humanitar səfər çərçivəsində Afrikaya aparmışdı.

Məhkəmə sənədlərinə görə Sjöberq ifadəsində, Klinton Epşteynə "gənc qızları bəyəndiyini" dediyini bildirib.

Xatırladaq ki, Klinton daha əvvəl prezident olarkən Ağ Evdə təcrübə keçən 22 yaşlı bir gənclə münasibətdə olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu