Mask: “Amerika" partiyasının hədəfi Epşteyn sənədlərinin ifşasıdır

ABŞ-lı iş adamı İlon Mask yaratdığını elan etdiyi “Amerika” partiyasının əsas prioritetinin Ceffri Epşteyn işi ilə bağlı sənədləri ictimaiyyətə açıqlamaq olacağını bildirib.
X sosial media platforması hesabında açıqlama verən Mask qurduğunu elan etdiyi “Amerika” partiyası barədə məlumat paylaşıb.
Mask qeyd edib ki, partiyanın əsas hədəfi azyaşlı qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunarkən həbsdə müəmmalı şəkildə ölü tapılan milyarder Ceffri Epşteyn işi ilə bağlı ictimaiyyət arasında “Epşteyn sənədləri” kimi tanınan sənədləri açıqlamaq olacaq.
Mask “Epşteyn sənədləri” mövzusunda ABŞ-ın keçmiş prezidenti Donald Trampı da tənqid edib və “Əgər Tramp Epşteyn sənədlərini açıqlamasa, insanlar ona necə etibar edə bilər?” deyib.
Xatırladaq ki, Mask ötən ay paylaşdığı bir yazıda Trampın adının Epşteyn sənədlərində yer aldığını iddia etmiş, lakin daha sonra həmin paylaşımı silmişdi.