İlon Mask Trampın atəşkəs təşəbbüslərini dəstəklədi

Amerikalı iş adamı İlon Mask ABŞ prezidenti Donald Trampın Qəzza zolağında atəşkəs elan etdiyi yazısına reaksiya verib və Amerika liderinin dünyada bir neçə münaqişəni dayandırdığını qeyd edib.
"Biz onun haqqını verməliyik. Donald Tramp bütün dünyada bir neçə ciddi münaqişəni uğurla həll edib", - deyə Amerika liderinin "Truth Social"dakı mesajını əlavə edərək X hesabında yazıb.
Qeyd edək ki, Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib. Bildirib ki, bu, Qəzza ilə bağlı israillilərlə uzun və səmərəli görüş keçirən nümayəndələrinin sayəsində mümkün olub.