Rutte: Çin, Hindistan və Braziliya sanksiyalarla üzləşə bilər


Hindistan, Braziliya və Çin Rusiya ilə əməkdaşlığa davam etsələr, ikinci dərəcəli sanksiyalarla üzləşə bilərlər.



AFN.az “Reuters”ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.



“Zəhmət olmasa, Vladimir Putinə zəng edin və ona deyin ki, o, Ukrayna üzrə ciddi şəkildə danışıqlara getməlidir, çünki əks halda bunun Braziliyaya, Hindistana və Çinə böyük təsiri olacaq”, - siyasətçi Konqresdə senatorlarla görüşü zamanı şərh edib.



Rutte onu da vurğulayıb ki, Avropa Ukraynanı sülh danışıqlarında “ən yaxşı mövqe” ilə təmin etmək üçün vasitələr tapmağa qadirdir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu